Dəvətnamə Mətnləri

Toy dəvətnaməsini seçmisiniz amma dəvətnamə mətnləri axtarırsınız? Bu işi necə edə biləcəyinizi bilmirsinizsə, sizin üçün gözəl təkliflərimiz var! Etməli olduğunuz şey həm klassik, həm də fərqli dəvətnamə mətnləri tapa biləcəyiniz bu məqaləyə nəzər salmaqdır.

dəvətnamə mətnləri

Toy Dəvətnaməsinə Nə Yazmaq Lazımdır?

Bu sual sizi və gələcək həyat yoldaşınızı da narahat edir? Qonaqlarınıza evli olduğunuz üçün nə qədər xoşbəxt olduğunuzu izah edəcək və eyni zamanda dəvətnaməyə sığacaq qısa sözləri tapmaq həqiqətən çətindir. Sizin üçün ən gözəl toy dəvətnamə mətnlərini tərtib etdik. Oxuyun, seçin, bəyənin, istifadə edin!

Klassik Toy Dəvətnamə Mətnlərinə Nümunələr

Siz və gələcək həyat yoldaşınız, möhtəşəm bir yerdə, zərif qonaqlarla dolu toy edəcəksinizsə, möhtəşəm gəlinlik və dəbli smokin geyinəcəksinizsə, o zaman həm dəvətnaməniz həm də içindəki sözlər sevginizin nəcibliyini əks etdirmək üçün gözəl və sadə olmalıdır. Klassiklərdən uzaq olmayanların diqqətini çəkəcək dəvətnamə mətnlərini təqdim edirik:

  • Özəl günümüzə dəvətlisiniz.
  • Sizi bu xoş gündə aramızda görməyə şadıq.
  • Sizi toy mərasimimizdə aramızda görməyə şad olarıq.
  • Bu xoş gündə xoşbəxtliyimizi bölüşmək üçün sizi toy mərasimimizə dəvət edirik.
  • Bir ömürlük xoşbəxtliyə imza atarkən sizlərində yanımızda olmağınızdan çox şad olarıq.
  • Həyatımızın ən mənalı günündə siz dəyərli dostlarımızla birlikdə olmaqdan şərəf duyarıq.
  • Toy mərasimimizdə sizinlə olmaqdan şad olarıq.
  • Bu özəl günü sizinlə bölüşməkdən məmnun olarıq.
devetname metnleri

Eşidilməmiş Dəvətnamə Mətnləri

Yumoristik dəvətnamə mətnlərinə nəzər saldığımıza görə, gəlin nadir hallarda rastlaşdığımız sözlərə baxaq. Siyahıda təsirli və mənalı dəvətnamə mətnləri  eləcə də əyləncəli cümlələr var. Fərqli üslubunuzu ortaya çıxarmaq və ilk andan dəvətnamənizi oxuyan yaxınlarınızı heyran etmək istəyirsinizsə bu mətnlər arasından seçim edə bilərsiniz. Buyurun:

  • İnanılmaz bir başlanğıcla başladıq, sonsuzluğa gedirik. Həyatımızın ən vacib günündə sizi yanımızda görmək istəyirik.
  • Eşq adlı karvana mindik, Eşq adlı tufana düşdük. Evlilik deyilən yolu getməyə qərar verdik! İlk addımlarımızı atarkən bizim yanımızda olmanızı istəyirik. 
  • Dənizlər dayanmaz dalğalanmadan,
    Ümidlər böyüməz sevgi olmadan.
    Tənhalıq yox olmaz ailə qurmadan.
    Bu toy sizsiz olmaz dostlar olmadan
  • Nə ulduz istəyirik gecələrə nə Günəş istəyirik qaranlığa biz. Çox deyil, biz sadəcə sizin, dostlarımızın bizimlə olmasını istəyirik.
  • Bir-birimizi sevdik və güvəndik. Bir ömür birlikdə olmağa qərar verdik. Hamınızı toyumuza gözləyirik!
  • Ürəklərimizin və sevgimizin bizi apardığı yerdəyik. Sizi toy mərasimimizdə aramızda görməyə şad olarıq.
devetname metnleri

Romantik Dəvətnamə Mətnləri

Romantik cütlüklərin diqqətini çəkəcək təkliflərimizin vaxtıdır. Sevginizi ən yaxşı şəkildə ifadə edə biləcək və qonaqlarınıza bir-birinizə baxdığınız anların sehrini əks etdirəcək mənalı dəvətnamə mətnləri axtarırsınızsa, bir çox alternativimiz var. Bir-birindən romantik dəvətnamə mətnlərinə baxaq. Sevgi dolu, ədəbi və ən gözəl dəvətnamə mətnləri!

  • Sevgi yağışı altında birlikdə gəzməyə qərar verdik. Sizləridə bu xoşbəxt günümüzdə aramızda görməkdən şad olarıq
  • Eşq qurşağından keçib yolumuzu göylərə saldıq. Biz buludlar vasitəsilə bütün dostlara xəbər göndərdik. Bu sentyabr axşamı evlənmək qərarına gəldik. Sizi toy mərasimimizdə aramızda görməyə şad olarıq.
  • Göydə milyonlarla ulduz var idi, hamısı parlayırdı. Amma mən Səni seçdim. Günəşi, sənin üçün milyon ulduzdan imtina etdim. Bu xoşbəxt gündə bir yerdə olmaq ümidi ilə sizi toyumuza dəvət edirik.
  • Səssiz keçən illərdə bir-birimizi tapdıq. Sevgimizə sarıldıq, sevgimizi yaşadıq. İndi bu xoşbəxtlik hamımızı birləşdirəcək! Hamınızı toy mərasimimizə dəvət edirik.
  • Qaranlığı arxada qoyub gözlərindəki sevgi günəşinin ardınca getdikləri bu gündə; Sizi öz aralarında görməkdən məmnun olacaqlar.
  • Eşq hovuzunu sevgimizlə doldurduq, əmin addımlarla gələcəyimizi hazırlayırıq! Bu xoşbəxt dünyamızda ilk addımı sizinlə bölüşmək istərdik.

  • “Gün” əlbəttə ki bir gün, sizin üçün istədiyiniz rəngdə və istədiyiniz tərəfdən çıxa bilər və bu gün bizim üçün o gündür! Bu ümid dolu günü bizimlə bölüşəcəyiniz üçün çox şad olarıq.
devetname metnleri

İddialı Dəvətnamə Mətnləri

Ehtiraslı sevgi dedikdə ağlınıza ilk gələn cütlüklərdən birisinizsə, məkandan dekorasiyaya qədər iddialı bir toy planlaşdırmısınızsa, dəvətnamə mətnləriniz də ən az toyunuz və sevginiz qədər iddialı olmalıdır. Qərarınızı vermişsinizsə, bu sözləri çap edə biləcəyiniz dəvətnamə modellərini nəzərdən keçirməyə başlaya bilərsiniz. Buyurun iddialı dəvətnamə sözləri:

  • Dünyanın ən mənalı “Bəli”sini eşitməyə hazırsınızmı?
  • Hazırlanması çox vaxt aparan filmimiz nəhayət tamamlandı. Birlikdə baxmağa nə deyirsiniz? 
  • Ömürlük birliyimizin bu ilk gününü sizinlə bölüşməkdən məmnun olarıq.
  • İddia sevgimiz, iddiaçı ürəyimiz. Hakim sözümüz, şahid gözümüz. Ailə qurmaq diləyimiz, xoşbəxt olmaq istəyimiz. Sizi aramızda görmək ən böyük arzumuzdur.
  • Xoşbəxtlik bölüşməkdirsə, onunla həyatı bölüşmək hər şeyə dəyər. Bu xoşbəxtliyin şahidi olmaq istərdiniz?
  • Biz xoşbəxt gələcəyə gedirik. Bir gün deyil, bir ay deyil, bir ömür boyu bərabərliyə. Əl-ələ tutduq. Sizi toy mərasimimizdə gözləyirik.
devetname sozleri

Nigah Dəvətnamə Mətnləri

Nigah dəvətnamə sözləri arasında sizə ən uyğun olanını seçməyinizi tövsiyyə edirik. Nigah dəvətnamə yazıları ümumən daha sadə olur. Sizin üçün seçdiyimiz sadə nigah dəvətnamə mətnləri…

  • Əsasını sevgi, hörmət və anlayışla qoyduğumuz bərabərliyimizi sonsuza qədər davam etdirməyə qərar verdik. Nigah mərasimimizdə sizinlə olmaqdan şad olarıq.
  • Göylərdə bağlanan nigahımızın, yerdə xoşbəxtliyimizin yaşanacağı bu xoşbəxt gündə sizi aramızda görməkdən şərəf duyarıq.
  • Bir ömür boyu birlikdə acılı-şirinli günləri bölüşmək üçün uzun bir yola çıxmağa hazırlaşırıq. Sizi nigah mərasimimizdə görməkdən məmnun olarıq.
  • Ortaq həyatımızın başlanğıcı olan nigah mərasimimizdə sizinlə olmaqdan xoşbəxt olacağıq.
devetname sozleri

Qısa Dəvətnamə Mətnləri

Müasir və yeni dəvətnamə mətnlərinə nəzər saldıqda, dəvətnamə yazılarının gündən-günə qısaldığını görmək mümkündür. Toy trendlərindəki sadələşmə tendensiyası nəzərə alınarsa, qısa dəvətnamə yazı nümunələrinin ön plana çıxması təəccüblü deyil. Birbaşa mövzuya keçmək istəyən cütlüklər üçün də çoxlu alternativlər var. Dəvətnamə sözləri qısa və lakonikdir, həm də çox gözəl görünür!

  • Qəlb fərman dinləmədi; biz evlənirik! Sizi toyumuzda səbirsizliklə gözləyirik.
  • Bu ürəklərin bir-biri üçün döyünməsinə şahid olmaq üçün sizi toyumuzda gözləyirik.
  • Xoşbəxt birliyimizin başlanğıcında sizinlə olmaqdan qürur duyacağıq.
  • Biz evlənirik! Sizin bizimlə olmağınız bizi çox məmnun edəcək. Sizi toyumuzda gözləyirik.
  • Bir-birimizi sevdik, bizi evləndirin dedik. Bu xoş gündə sizi gözləyirik.
  • Subaylığımızla vidalaşdığımız, ortaq həyata qədəm qoyduğumuz bu mühüm gündə sizləri də aramızda görmək istərdik.
  • Həyatımızın ən xoşbəxt gününü bizimlə paylaşmağınız diləyi ilə…
  • Xoşbəxtliyimizi sizinlə bölüşməkdən şərəf duyuruq.
  • Nağılların gerçəkliyə, gerçəkliyin isə nağıla çevrildiyi bir vaxtda xoşbəxtliyimizi sizinlə bölüşmək istəyirik.
  • Yeni həyata “Salam” deyərkən, Siz dostlarımızla birlikdə olmaqdan xoşbəxt olacağıq.
  • Ev-lə-ni-rik, Siz dəyərli dostlarımızı toyumuzda görmək diləyi ilə…
devetname sozleri

Sosial Media Dəvətnamə Mətnləri

Instagram, Facebook və Whatsapp-dan online göndərmək üçün toy dəvətnamə sözləri də cütlüklərin ən çox araşdırdığı mövzulardan biridir. Toy dəvətnamənizi sosial mediada paylaşaraq həm büdcənizə, həm də təbiətə töhfə verməyi planlaşdıran cütlüklərdənsinizsə sizi ürəkdən təbrik edirik. Biz aşağıda çox sevilən online dəvətnamə sözlərini daxil etdik.

  • Xoşbəxtlik paylaşdıqca böyüyür. Xoşbəxtliyimizi bölüşməyinizi gözləyirik.
  • Burada həyatımın ən mənalı paylaşımını paylaşıram. Bu tədbiri açaraq sizi toyumuza dəvət edirəm. Ömürlük davam etməsini dilədiyimiz birliyimizin bu ilk günündə, biz “Bəli” deyərkən sizi aramızda görməkdən şad olarıq.
  • Biz çox sevdik bir-birimizi, ucadan deyəcik  “hə”-lərimizi, çox istəyirik şahidliyinizi, sosial mediadan edirik dəvətimizi, amma bilin toyumuzu mütləq gözlədiyimizi…
devetname sozleri

Toy Dəvətnamə Sözləri

Cütlüklər dəvətnamə sözlərini axtararkən mesaj olaraq göndərə biləcəkləri cümlələri də tapmaq istəyirlər. Sevdiklərinizə evləndiyinizi mesajla bildirə biləcəyiniz cümlələr burada! “Dəvətnamədə nə yazmaq lazımdır” sualına da cavab verirlər.

  • Toy mərasimimizdə iştirak etməniz bizim üçün şərəfdir. Sevinci birlikdə paylaşmağı səbirsizliklə gözləyirik. Sizi ürəkdən dəvət edirik!
  • Axıb-gedən həyatda özümüzlə bağlı yeni səhifə açarkən, dostlarımızı toy mərasimimizdə görmək bizi sevindirəcək.
  • Bu toy dostlarsız keçməz. Bütün sevdiklərimizi yanımızda görmək və bu günü doya-doya yaşamaq istəyirik. Sizi toyumuzda görmək bizi çox sevindirəcək.
  • Dünən nişan, sabah toy. Üç günlük dunyada qaldı bir gün. Gəlin bu günü birlikdə doya-doya yaşayaq. Sizi, dostlarımızı toyumuzda aramızda görməkdən çox şad olarıq.
  • Quru torpaqlar yağışı gözləyir, qaranlıq gecələr səhəri , aşiq söz verəndə bir ömür gözləyir, bu iki gənc səni toya gözləyir.
  • Ya geri bax, yada döndər
    Ya toya gəl ya pul göndər
devetname sozleri

Evlənəcək Cütlüklərin Mənalı Dəvətnamə Sözləri

İstifadəçilərimiz, onların toy hekayələrini danışarkən, bizimlə paylaşdıqları dəvətnamə mətnlərini bu yazıya daxil etməyə bilməzdik. Budur sizi və həyat yoldaşınızı ruhlandıracaq dəvətnamə mətnləri.

  • Emin və Aynur: “Əbədi birliyə doğru ilk addımı atdığımız bu özəl gündə sizi aramızda görməkdən məmnun olarıq.”
  • Azər və Aliyə: “Sevgi dolu birliyimizi əbədiyyətə daşıdığımız bu gündə, Sizi aramızda görməkdən şərəf duyarıq”.
  • Sevinc və Orxan: Ən sevincli günümüzdə, ən xoşbəxt və ən yaddaqalan xatirələrimizi sizinlə bölüşməkdən “qürur duyacağıq”.

Bu yazıda sizin üçün sevimli toy və nişan dəvətnamə sözlərini topladıq. Nişan dəvətnamə sözlərinə ehtiyacınız varsa, uyğun bir şəkildə dəyişdirərək asanlıqla istifadə edə bilərsiniz. Dəvətnamə sözləriniz hazırdırsa və dəvətnamə seçmək vaxtıdırsa, maraqlı dəvətnamə modellərinə nəzər salmağa nə deyirsiniz?